Bayden Kramatorskda dəmiryol vağzalına edilən HÜCUMU PİSLƏDİ
Bayden Kramatorskda dəmiryol vağzalına edilən hücuma reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Twitter-də məlumat verib. ABŞ Prezidenti Co Bayden bu gün Kramatorskda dəmir yol stansiyasına hücumu pisləyib. O qeyd edib ki, bu, Rusiya tərəfindən törədilən növbəti dəhşətli vəhşilikdir.
"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın törətdiyi daha bir dəhşətli vəhşilikdir, təxliyə olunmağa və təhlükəsiz əraziyə çatmağa çalışan mülki şəxsləri vurub", – deyə Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ təhlükəsizlik məsələsində və Ukraynaya müdafiə üçün silah tədarükü ilə bağlı yardımını davam etdirəcək.
ABŞ və müttəfiqləri hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi üçün bu hücumun təhqiqatına kömək edəcəklər.
"Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın hərəkətlərini sənədləşdirmək və onları məsuliyyətə cəlb etməklə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik", – deyə Bayden yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti