Bayden Özbəkistan Prezidentinin qızı haqda: "Ağ Evdə salamlamaqdan şərəf duyduq"

Bayden Özbəkistan Prezidentinin qızı haqda: ABŞ prezidenti Co Bayden Özbəkistan prezidenti Şavkat Mirziyoyevə məktub yazıb.
KONKRET.az xəbər verir ki, Forbes məktubun mətnini dərc edib.
Maraqlıdır ki, Özbəkistan prezidentinin mətbuat xidməti Ağ Ev rəhbərinin məktubu barədə məlumat verməyib.
Məktubda Bayden Özbəkistan Prezidentinə iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə təşəkkür edir. ABŞ prezidenti məişət zorakılığı ilə mübarizə səyləri kontekstində Özbəkistan prezidentinin böyük qızını da xatırladıb.
"Bundan əlavə, bu ilin əvvəlində qızınız Səidəni [Mirziyoyeva] Ağ Evdə salamlamaqdan şərəf duyduq. Onun fəallığı və gender əsaslı və məişət zorakılığını kriminallaşdırmaqda cəsarətli qərarınız təqdirəlayiqdir", - ABŞ prezidenti yazıb.
Co Bayden qeyd edib ki, son bir ildə iki ölkə arasında əməkdaşlıq artan xətlə inkişaf edib:
"Ticarət və investisiya əlaqələrimiz güclənib, təhlükəsizlik sahəsində əməkdaşlığımızın inkişafı və regional problemlərin həlli üçün birgə işləmək daxil olmaqla, əməkdaşlaığımız yeni zirvələrə yüksəlib. "Birləşmiş Ştatlar da sizin siyasi və iqtisadi islahatlar səylərinizi güclü şəkildə dəstəkləyir", - deyə Bayden yazıb.
Bundan əlavə, Bayden məktubda Şavkat Mirziyoyevi BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasının açılışı günlərində sentyabrın sonunda keçirilməsi planlaşdırılan Mərkəzi Asiya-ABŞ (C5+1) formatının birinci sammitinə dəvət edib. Baydenin məktubunda deyilir ki, Mərkəzi Asiya ölkələri və ABŞ prezidenti arasında görüş sentyabrın 19-u və ya 20-nə planlaşdırılıb.
"Ozodlik" saytl qeyd edir ki, ABŞ prezidentinin məktubunun mətninin dərci Səidə Mirziyoyevanın Özbəkistan prezidentinin birinci köməkçisi - prezident administrasiyasının hazırkı rəhbəri vəzifəsinə təyin olunması ilə üst-üstə düşür. Bu ilin martında o, ABŞ-a səfər edib və Baydenin köməkçisi və ABŞ Prezident Administrasiyasının Gender Siyasəti Şurasının direktoru Cennifer Klein ilə görüşüb.
2019-cu ilin aprel ayından Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktor müavini vəzifəsində çalışır.
Səidə Mirziyoyevanın yeni vəzifəyə təyinatı hələlik rəsmi olaraq açıqlanmayıb.

Siyasi       Tarix: 20 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən son xəbər cəbhədən son xəbərlər sonxeberler