"Bayden, yoxsa Tramp?" sualına İlham Əliyevdən diplomatik CAVAB

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı danışıb.
KONKRET.az xəbər verir ki, Dövlət başçısı bununla bağlı II Şuşa Qlobal Media Forumunda  Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sualını cavablandırıb.
Prezident İlham Əliyev Qusmanın "Amerikada vəziyyət bir o qədər birmənalı deyil. Siz Azərbaycan Prezidenti olaraq yanvarın 20-si kimin adının səsləndirilməsini istərdiniz?" sualına diplomatik cavab verib:
"Birmənalı cavab vermək düzgün olmazdı. Çalışıram ki, hər zaman maksimal dərəcədə səmimi fikirlərimi ifadə edim. Ancaq siyasi mədəniyyət anlayışı sizin suala birbaşa cavab verməyə imkan yaratmır. Amma bilirəm ki, sualınız ritorikdir, biz bir-birimizi onillərdir tanıyırıq. Siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda bu mövqedə olan yeganə şəxs mən deyiləm. Biz bu məsələyə öz nöqteyi-nəzərimzdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin bu eyni zamanda bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki ABŞ-nin birinci şəxsi tərəfindən verilən qərarlardan bir çox xalqların taleyi asılıdır. Əsas tezislərdən birini Prezident Tramp davam edən kampaniya çərçivəsində səsləndirmişdi ki, müharibələr olmasın. Onun dövründə Koreya, Vyetnam, Əfqanıstan, Liviya, Suriyada müharibələr olmayıb və bu siyahı davam edə bilər. Düşünürəm ki, buna hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Ənənəvi dəyərlərə dair çox bariz mövqe. Düşünürəm ki, Azərbaycan xalqı bu mövqeni nəinki paylaşır, fəal şəkildə onu təbliğ edir. Mən daha dərinə getsəm, çox aydın olacaq. Odur ki, fikrimi bununla yekunlaşdırım".

Siyasi       Tarix: 20 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun siyaseti xeberler bugun iqtisadiyyat xeberleri bugun xəbərlər