Bayram günlərində banklar və "Azərpoçt" MMC gücləndirilmiş iş rejimində işləyəcək
Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.
Milli.Az xəbər verir ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.
Koordinator: Azər Quluyev
Qaynar xətt: (+994) 70 922 29 99
Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki ilə https://uploads.cbar.az/press-releases/e05b3f6031d3959a6ff2bff89.pdf linki, "Azərpoçt"un satış nöqtələrinin iş qrafiki ilə isə https://uploads.cbar.az/press-releases/7403a6c30b110a9e2e6387c93.pdf linki vasitəsilə tanış olmaq mümkündür.
Milli.Az /news.milli.az

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ
Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN
Koçaryan Azərbaycana təhvil verilə bilərmi?
SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq
Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək
Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto
İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?
İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildi