Bayramın yaratdığı çəkilərdən qurtulmağın ASAN ÜSULU - "RAFAELLO"
Şübhəsiz ki, Yeni il süfrələrinizi bəzəyən çeşid-çeşid xörəklər, salat və şirniyyatların hamısından dadmısınız. İndi isə artıq kiloları ac qalmadan yox etmək istəyirsiniz. O zaman kəsmikli "Rafaello" reseptini sınayın.
Milli.Az arıqlamaq istəyən və dietada olanlar üçün çayla içməyə ideal "Rafaello" konfetinin reseptini təqdim edir.
Bizə lazım olacaq:
250 qr yağsız kəsmik
1 ədəd banan
80 qr yulaf kəpəyi
15 qr bal
Batırmaq üçün:
kokos yarması, küncüt və s. istifadə etmək olar
İçlik üçün:
15 ədəd ərik qurusu
15 ədəd badam
Banan və kəsmiyi blenderlə əzib, püre halına gətirin. Yulaf kəpəyini töküb, xəmir yoğurun. Xəmiri sellofana büküb, soyuducuda 1 saat saxlayın. Bu müddətdə içliyi hazırlayın. Ərik qurusunu isti suda isladıb, xırda-xırda doğrayaraq, eyni qaydada doğranmış badam əlavə edirik. Hər ikisini qarışdırırıq. Xəmiri soyuducudan çıxarıb, 15 hissəyə bölürük. Hər birini əlimizlə açıb, içərisinə içlik qoyuruq. Kürə şəklinə gətiririk. Hazır kürəcikləri kokos yarması, küncüt və s.-ə hərtərəfli batırırıq. Yağlı kağız sərilmiş soba sinisinə düzürük. 180 dərəcə isidilmiş sobada 10 dəqiqə bişiririk. Dietik konfetləri soyudub, nuş edə bilərsiniz. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ