Bayraq sevgisi - Anar Yusifoğlu yazır

Bayraq sevgisi - Anar Yusifoğlu yazırAh, ölmədən bir görsəydim,
Düşə bilsəm torpağına...
Uşaq vaxtı qanlı-qadalı savaşın ortasında əlində silah əvəzinə Bayraq daşıyan döyüşçünü efirdən izləyəndə həmişə bir fikir gəlirdi ağlıma: bayraq əvəzinə əsgərin silaha sarılması, düşmənə atəş açması daha uğurlu vəziyyət deyilmi? Bir və ya bir neçə əsgəri silahdan ayırıb bayraq qaldırmağa məcbur etməyin nə mənası?
Hələ bayraqdarın öldürülməsiylə yanındakı döyüşçünün anında silahı atıb, Bayrağı qaldırması və hücuma keçməsini heç anlamazdım…
Yaşadığımız sistem o yaşda uşaqların bayrağa boylanmamasının qayğısına mümkün qədər qalırdı. Amma nə vaxta qədər?
*
Bayraq təfəkkürünü yaddaşlardan silmək üçün bayraq qaldıran əlləri kəsmək, bayrağa dikilən gözləri ovmaq, tarixi saxtalaşdırmaq, tərbiyə sistemini dəyişmək olar. Ancaq qanda yaşayan və ömrün bəlli çağında bütün ruhu ayağa qaldıran bayraq yaddaşını necə pozmaq olar?
İnsanların əlindən bayrağın alınması sonda hər fərdin bayrağa çevrilməsinə gətirib çıxardı. Dəniz bir əsim meydən ləpələnib üstünə atılan zir-zibili sahilə qovduğu kimi, millətin ayrı-ayrı fərdləri də bir nəfəslik fürsətdəcə tarix səhnəsinə çıxıb dalğalanmağa və illərin təbliğatını üstündən atmağı bacardı.
Ayrı-ayrı «insan-bayraq»ların birləşməsi isə bütöv və böyük Milli Bayrağı millətin başı üzərinə daşındı… 
Biz o Bayrağı bir də qaldırdıq!
*
Artıq çoxdandır bilirəm ki, insanlar bayrağa niyə qurban gedirlər: Ayrı-ayrı insanlar başının üstündə bir damın olmasını necə arzulayırsa, millət də toplum halda başı üzərində bir Bayraq dalğalanmasını ən azı o qədər istəyir. Bayraq millətin özünütəsdiq simvoludur və bayraqsız ev sadəcə mövcud deyil. Bir millətin bayrağı hara sancılırsa, o yerin, o torpağın sahibinin kimliyini xarakterizə edir;
Artıq çoxdandır bilirəm ki, döyüşdə məğlub olunmuş ordunun Barağı ələ keçirilmirsə, savaşın taleyinin həll olunduğunu düşünmək əbəsdir. Əksinə, heç bir itki verməyən Ordu öz Bayrağını qoruya bilmirsə, ordunun taleyi həll olunur – bu hərbi hissə dərhal ləğv edilir!
Bayraq- millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir. 
Bayraq – ona görə həmişə millətin qürur, güvənc yeri, mövcudluğunun bəlgəsi sayılıb.

Bayraq – insanın fərdiyyətçilikdən çıxması, evin dörd divarına sığmaması, miqyasının sərhədlərini nişan verən ən böyük faktdır. Bir fərdin kimliyi, təfəkkür və düşüncə tərzi, imkanları onun Bayrağıyla ölçülür. 
Bayraq – insanın ruhunun imkanlarının göstəricisidir.
Ruhsuz yaşamaq mümkün olmadığı kimi, Bayraqsız millətin də yaşaması mümkün deyil. 
Bayraq millətin ətrafına çəkilən halədir – qabıq ağacı qoruduğu kimi, milləti də Bayraq qoruyur.
Ona görə bayraqsız özümüzü təsəvvür etmirik.
Ona görə bayraq uğrunda gözüyumulu ölümə gedirik.
Ona görə bayrağı heç nəylə müqayisə olunmayacaq səviyyədə çox sevirik. 
Axı, Bayraq həm də insanın özünəsevgisinin görünən tərəfidir. Özünü sevən, özünü sayan ləyaqətli və qürurlu vətəndaş bayraqsız necə yaşaya bilər?!

Dünyada Bayraq sevgisini bütün insanlar ifadə etməyə çalışıb, amma bu misralardakı qədər bu sevginin böyüklüyünü ifadə edən olmayıb:
Çırpınırdın Qara dəniz
Baxıb Türkün bayrağına
Ah, ölmədən bir görsəydim
Düşə bilsəm torpağına…
Biz ölmədən gördük ki:
dünyanın ən uca bayraqlarından biri yenidən Xəzər dənizinin qərb sahilində dalğalanır;
dünyanın ən gözəl bayraqlarından biri – Üçrəngli, Ay ulduzlu ilahi bəxşişi bir daha enməyəcək səviyyədə Azərbaycanı – yəni məni, səni, onu, bizim hamımızı - dünyanın hər bir qitəsinə aparır;
dünyanın ən gözəl bayrağı – millətimizin imzasını dünyada təsdiqləyir…
Biz ölümləriylə «Bayrağımızı bayraq yapan»larımızın əvəzindən də hər gün Onun torpağında Varıq!
Anar Yusifoğlu

Sosial       Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri haqqinda melumat maraqlı xəbərlər son xeber.az xəbərlər