Bazarın ortasında doğduğu uşağı polietilen torbada küçəyə tulladı - VİDEO
Bazarın ortasında doğduğu uşağı polietilen torbada küçəyə tulladı - VİDEO
Bazarda, dükanların birində sancısı tutan qadın oradan qaçaraq, ayaqyoluna girib və uşaq dünyaya gətirib. Sonra isə yeni doğulan körpəni polietilen paketə qoyaraq, satış pavilyonlarının yanına tullayıb.
"RİA Novosti"nin məlumatına görə, hadisə Rusiyanın Stavropol diyarında baş verib.
Bildirilir ki, hamilə qadının hərəkətindən şübhələnən və onu izləyən satıcılardan biri uşağı tapıb və dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə qadının kimliyini müəyyən ediblər.
"Uşağı əlimdə tutanda anladım ki, o, mənə lazım deyil və bu yolla ondan qurtulmaq istədim", - deyə, qadın ifadəsində bildirib.
O, "ananın yeni doğulmuş körpəni öldürməyə cəhdi" maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb