BƏƏ Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına saldı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb.
Bu barədə Azxeber.com xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament "yaşıl" adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib.
Adları "yaşıl" siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur. Yeni qaydalar bu gün - qüvvəyə minib. Bildirilir ki, yenilənmələr bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsinə cavab olub.
Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr daxildir.
Səyahətçilər Əbu-Dabiyə daxil olmaq üçün yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməli, beynəlxalq uyğunluq asossiasiyası saytında qeydiyyatdan keçməlidirlər.
Peyvənd olunmamış sərnişinlərdən Abu-Dabiyə səfərlərinin 9-cu günü başqa koronavirus testindən keçmələri tələb olunur, ictimai yerlərə giriş isə onlar üçün bağlı olacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı