Belarus bu ölkəyə nota verdi
Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkilini 9-10 avqustda Varşavada keçirilməsi planlaşdırılan aksiya ilə bağlı izahat vermək üçün nazirliyə dəvət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus XİN-in sözçüsü Ruslan Varankov bildirib.
O deyib ki, Pilsudski meydanı və Varşava Universitetində nəzərdə tutulan tədbirlər Belarus əleyhinə yönəlib.
"Bu aksiyanı təşkil edənlər və iştirakçıları rəsmi Varşavanın dəstəklədiyi, dağıdıcı və təxribat xarakterli fəaliyyəti ilə tanınan belaruslu mühacirlərdir. Nazirlik hesab edir ki, bu cür tədbirlər Belarusla Polşa arasında konstruktiv dialoqun bərpasına xidmət etmir və ikitərəfli münasibətlərə zərər vurur", – XİN rəsmisi vurğulayıb.
Qeyd edilib ki, diplomata bu məsələyə dair rəsmi etiraz notası təqdim olunub.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı