Belarus müdafiə naziri: "Müharibə riski son dərəcə yüksək səviyyəyə çatıb"

Belarus müdafiə naziri: Şərqi Avropa regionunda hərbi-siyasi gərginlik kritik həddə yaxınlaşıb. Belarus və Rusiya İttifaqı ilə Qərb dövlətləri arasında yarana biləcək birbaşa silahlı qarşıdurmanın qlobal müharibəyə çevrilməsi təhlükəsi mövcuddur.
KONKRET.az xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında bəyanatla çıxış edib.
Viktor Xrenin regiondakı mövcud hərbi vəziyyəti kəskin tənqid edərək vurğulayıb: "Şərqi Avropa regionunda mövcud vəziyyəti qiymətləndirərək konstatasiya edirik ki, KTMT-yə üzv olan Rusiya Federasiyası və Belarus Respublikasına qarşı hərbi münaqişənin başlanması, həmçinin bu münaqişənin regional səviyyədən qlobal səviyyəyə transformasiya olunması ehtimalı son dərəcə yüksəkdir".
Nazirin sözlərinə görə, Belarus və Rusiya rəhbərliyi NATO qüvvələrinin öz sərhədləri yaxınlığında cəmləşməsini "mümkün toqquşmaya hazırlıq" kimi qiymətləndirir. O qeyd edib ki, hazırda Polşa və Baltikyanı ölkələrdə alyansın təxminən 21 min hərbçisi yerləşdirilib və bu dövlətlər eyni zamanda ərazilərindəki Amerika kontingentinin artırılmasına çalışırlar.
Xrenin həmçinin iddia edib ki, NATO öz qoşunlarının şərq sərhədlərinə köçürülməsini və Rusiya ilə Belarusa qarşı hücum əməliyyatlarını "mütəmadi olaraq məşq edir". Belarus müdafiə idarəsinin rəhbəri blok ölkələrinin illik hərbi xərclərinin rekord həddi keçərək 1.6 trilyon dolları ötməsini də Qərbin "silahlı qarşıdurmaya ciddi şəkildə hazırlaşmasının" əsas sübutu kimi göstərib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 04 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe futbol xeberleri iqtisadiyyat xeberleri bugun xeberler bu gun