Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
azxeber.com-un Belarus Prezidentinin saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:
"Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək səviyyəli qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik tərəfdaşlıq münasibətlərini qiymətləndirirəm".
A.Lukaşenko Belarus-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı planların həyata keçirilməsinin qardaş xalqların maraqlarına tam cavab verdiyinə əminliyini ifadə edib.
"Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram, qoy ailənizdə əbədi olaraq sevinc, sevgi və harmoniya hökm sürsün", - təbrikdə qeyd olunub.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb