Belarus prezidenti: Qərb münaqişələri alovlandırmaqla məşğuldur
"Qərb hər zaman olduğu kimi milyonlarla insanın məcburi köçkün düşməsinə səbəb olan münaqişələri alovlandırmaqla məşğuldur".
KONKRET.az-ın BELTA-ya istinadən xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Qlobal Cənubun Səsi" adlı sammitdə bildirib.
O həmçinin, Qərbin hökmran olduğu dövrün başa çatdığını söyləyib. Bildirib ki, Cənub və Şərq ölkələri qlobal tərəqqinin və iqtisadi gücün mərkəzinə çevrilir.
Belarus lideri baş verənlərin səbəbini Qlobal Qərbin faydalı qazıntılara malik inkişaf etməkdə olan ölkələrin təbii resurslarını qəsb etmək istəyi ilə əsaslandırıb:
"Qərb inkişaf etməkdə olan ölkələrin faydalı qazıntılarını onların dəyərinə ekvivalent olmayan vasitələrlə əvəzləşdirmək siyasətini yeridir. Bu gün dünyanın bir çox nöqtəsində gedən müharibələr transmilli korporasiyaların gəlirinin ağlasığmaz templə artmasına səbəb olur. Silahlanma yarışı da misilsiz templə davam edir. Bu gün inkişaf etməkdə olan ölkələr başa düşməlidir ki, dayanıqlı sülh olmadan və qlobal münaqişələr həll edilmədən tərəqqidən danışmaq mümkün deyil. Təqribən 50 ildən artıqdır ki, dünya miqyasında müstəmləkəçilik sistemi süquta uğrasa da bu amil üçüncü dövlətlərin gerçək azadlığa qovuşması ilə nəticələnməyib. Müstəmləkədən azad olan dövlətlərin bir vaxtlar tabeliyində mövcud olduqları ölkələrdən iqtisadi və texnoloji asılılığı indi də davam edir".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar