Belçikanın VRT telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb - VİDEO

Belçikanın VRT telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb - VİDEOBelçikanın "VRT" (Flamand Teleradiosu) telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb.
Azxeber.com xəbər verir ki, aparıcı reportajın əvvəlində "Qafqazın Xirosiması" adlanan Ağdama səfərindən bəhs edir, işğal dövründə şəhərin tamamilə dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən etmək üçün istifadə olunduğu qeyd edilir.
Reportajda 30 ilədək davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə də yer verilir. Yerli sakinlər şəhərin işğaldan əvvəlki həyatı haqqında danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər. Ermənilərin dinc sakinləri didərgin saldığını və qətlə yetirdiyini söyləyən insanlar onlarla yenidən birgə yaşayışın heç də asan olmayacağını da ifadə edirlər. Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.
Kadrlarda Ağdamda ərazilərin minalardan təmizlənməsinin və dinc əhalinin geri dönüşünün nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış ərazilərin xəritələrinin tam verilməməsi təmizləmə işlərini daha da çətinləşdirir.
Reportajda üçtərəfli Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının və təbiətə zərər vurmasının görüntüləri də yer alıb. Sonda qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və hazırda yolların çəkilişi, yaşayış məskənlərinin bərpası və infrastrukturun qurulması layihələri həyata keçirilir. Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.

Siyasi       Tarix: 24 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar enson xeberler valyuta mezennesi banklar krminal bu gun