"Bələdiyyə seçkiləri Azərbaycan cəmiyyətinin və partiyaların marağında deyil" - Tural Abbaslı

Məlum olduğu kimi, Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməlidir. Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. Yəni bu ilin dekabrın 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.
Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Bu müddətinin başa çatmasına 53 gün qalsa da, yeni seçkilərin vaxtı barədə qeyri-müəyyənlik var.
Bəzi rəsmilər bunu ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 ilə əlaqələndirir.
Görəsən, seçkilərin elan olunması niyə bu qədər yubanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, burada bir məsələyə diqqət yetirmək vacibdir:
"Sözügedən mövzu ilə bağlı araşdırma etdik, məlum oldu ki, qanunvericilikdə bələdiyyə seçkilərinin vaxtının uzadılması üçün bir nüans var. Nəzərdə tutulub ki, seçkilərin vaxtı bələdiyyələr fəaliyyətə başladığı dönəmdən hesablana bilər. Ona görə də, bu məsələdə təxminən 1.5 ay manevr imkanı yaranır. Sözügedən halı Seçki Məcəlləsinin pozulması kimi qiymətləndirmək olar, ya yox, artıq bu müzakirə mövzusudur. Düşünürəm ki, vaxtın uzadılması COP29-la əlaqəlidir. Hökumətin bütün diqqəti sözügedən tədbirdə olacaq".
Müsahibim bildirib ki, bələdiyyə seçkiləri partiyaların marağında deyil:
"Digər məqamı da qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri Azərbaycan cəmiyyətinin və partiyaların marağında deyil. Aydındır ki, adıçəkilən strukturun ölkənin həyatına təsir gücünü yoxdur. İqtidar da buna görə vaxtın uzadılmasında hər hansı siyasi maraq güdmür. Niyə, çünki qeyd etdiyim kimi, bələdiyyələrin təsir imkanı yoxdur. Onu da vurğulayım ki, bəzi partiyalarda namizəd problemi olacaq. Bir yerdə ki, sədr maaş almırsa, insalar niyə namizəd olsunlar".
"Partiyanız seçkilərdə iştirak edəcəkmi?" sualına Tural Abbaslı belə cavab verib:
"Biz bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Bəzilərinə xüsusi hazırlaşırıq, bəzilərinə isə yox. Bələdiyyə seçkilərində iştirakı üzvlərimizin şəxsi təşəbbüsünə buraxacağıq. Kim istəyəcəksə, könüllü əsasda iştirak edə bilər. Biz də partiya olaraq onları dəstəkləyəcəyik".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 02 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber metbuat xeberleri xeber son xeberler azerbaycan