Beş aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda 100 faiz punktuallıq nümayiş etdirdi
Beş aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda 100 faiz punktuallıq nümayiş etdirdi
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
Eyni zamanda bir neçə aviaşirkət – "Etihad Airways", "Iraqi Airways", "Lufthansa", "Kuwait Airways" və "China Southern" Bakıdan uçarkən ən yüksək nəticəyə - 100 faiz punktuallığa nail olub.
"Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90 faizi yerinə yetiriblər.
"Nordwind" (88.9%) və "Turkish Airlines" (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstəriblər.
Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81faizi planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.
Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var