Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı

 Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandıBeşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı
Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.
Oxu.Az-ın məlumatına görə, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib.
Jurnalistlərin dörd nominasiya ("İlin ən fəal deputatı", "Seçici hüquqlarını müdafiə edən ən fəal deputat", "Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat", "Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat") üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.
Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur:
"Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən dörd ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək".
Dörd il ərzində "İlin ən fəal deputatı" nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
"Seçici hüquqlarını müdafiə edən ən fəal deputat" nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən dörd ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.
"Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat" nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
"Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat" nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur.
Bu nominasiyanın qalibləri Milli Məclisin ötən dörd ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib. /oxu.az

Siyasi       Tarix: 09 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu