"Bəyaz həyat" serialı 18 ildən sonra ekranlara qayıtdı - VİDEO

Səhnə adı "Sivva" olan bəstəkar-müğənni Sevinc Ağasıyeva 2 avqust "Milli Kino Günü"nə həsr etdiyi yeni layihəsini təqdim edib.
Bu dəfə xanım sənətçi bir vaxtlar kifayət qədər məşhur olan "Bəyaz həyat" serialının soundtrekini ifa edib. Onun "Röya kimi" mahnısında duet ortağı isə 3 yaşında olarkən həmin serialda Nani rolunda çəkilən doğma qızı Emiliya olub. Serialda aktrisa Vəfa Zeynalovanın qızını canlandıran balaca Nani - Emiliyanın hazırda 21 yaşı var və o, müğənni kimi "Emmy Lia" səhnə adı ilə fəaliyyət göstərir.  
Kino günündə "Röya kimi" mahnısına çəkilən klip də təqdim olunub. Klipdə 2003-cü ildə rejissor Rahim Sadıqbəyli tərəfindən lentə alınan "Bəyaz həyat"da rol alan aktyorlar - xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Vəfa Zeynalova, Anar Heybətov, Mələk Abbaszadə, hazırda daha çox "Çöl adamı" layihəsindən tanıdığımız Kamal Dəniz, rejissor Aqil M.Quliyev, aktyorlar Əhməd Salahov, Naina İbrahimova, Samir Ələsgərov 18 ildən sonra yenidən bir araya gəliblər. 
Qeyd edək ki, adı çəkilən filmdə Riyadla (Kamal Dəniz) Nigar (Vəfa Zeynalova) arasında olan məhəbbət macərası əsas xətlərdən biridir. Bununla yanaşı "Bəyaz həyat" serialında o dövrdə narkotik vasitələrdən istifadənin zərərli və təhlükəli tərəfləri də nümayiş olunub. Bu mənada yeni klipi ərsəyə gətirən yaradıcı heyət həm də son günlər cəmiyyətdə aktual olan, xüsusi ilə yeniyetmə və gənclər arasında sürətlə yayılan zərərli vərdişlər mövzusuna da diqqət çəkib, həmin serialda açıq-aşkar görünən kadrlardan da istifadə olunub. Təsadüfi deyil ki, klipdə əsas şüar da məhz belə səslənir: "Əsl "Bəyaz həyat"ı sevgidə axtar, narkomaniyada yox!"

Sosial       Tarix: 02 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri