Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Ağdam və Füzulidə olub

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Ağdam və Füzulidə olubAzərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş katibi Caqannat Çapaqainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Azxeber.com-a verilən məlumata görə, 4-6 dekabr tarixlərində ölkəmizdə səfərdə olan IFRC nümayəndə heyəti Ağdam və Füzuliyə baş çəkib, dövlət qurumlarında görüşlər keçirib və Bakının yaxınlığında məskunlaşmış məcburi köçkünləri ziyarət edib.
Nazir müavini IFRC-nin 1990-cı illərdə ölkəmizə göstərdiyi humanitar yardımlara, eləcə də Federasiyanın üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gücləndirilməsinə göstərilən dəstəyə görə təşkilatın rəhbərinə təşəkkür edib. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları barədə qonaqlara məlumat verən nazir müavini, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizin Ermənistan tərəfindən qəsdən hədəfə alınmasının ciddi humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.
Ötən il Federasiyanın Azərbaycandakı Nümayəndəliyinin öz fəaliyyətini bərpa etməsinin təşkilatla Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəyinə ümid ifadə olunub və bu xüsusda, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərimizin bərpasına bu əməkdaşlığın töhfə verə biləcəyi vurğulanıb.
Baş katib Ağdamda gördüyü dağıntıların miqyasından çox təsirləndiyini qeyd edib. O, Azərbaycanın yüksək sürətlə inkişaf edən bir ölkə olduğunu, bu baxımdan, milli cəmiyyətin də bu sürətə uyğun inkişafının vacib olduğunu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daha da güclənməsi üçün Federasiyanın bundan sonra da öz səylərini əsirgəməyəcəyini, eləcə də münaqişənin təsirlərinə məruz qalmış əhaliyə humanitar dəstəyin davam etdiriləcəyini bildirib.
Görüş zamanı Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi beynəlxalq səylər, vaksin millətçiliyi ilə mübarizə və vaksinlərin ədalətli paylanması üçün Qoşulmama Hərəkatının sədri qismində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyada irəli sürdüyü qətnamə layihələri müzakirə olunub. Baş katib Azərbaycanın dünyada vaksinlərin ədalətli paylaşılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Siyasi       Tarix: 06 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 qarabag hava haqqinda xeberler bugun