Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTO
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" adlı onlayn rəsm müsabiqəsi başa çatıb. 
Fonddan Oxu.Az-a verilən məlumata görə, göndərilən rəsmlər 12 kateqoriya üzrə: "İrsimiz", "Dədə Qorqud", "Adət-ənənələr", "Dünyamızı qoruyaq", "Musiqi", "Novruz", "Səmazənlər", "Milli Mətbəx", "Xalçalar", "Türk dünyasının qadınları", "Oyunlar", "Türk Birliyi" onlayn səsvermə yolu ilə seçilib, həmçinin beynəlxalq münsiflər heyəti tərəfindən də dəyərləndirilib.
6-9, 10-13, 14-17 yaş kateqoriyalarına daxil olan uşaqların arasından 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri, "Sülh", "Birlik, "Bilik", "Dostluq" nominasiyaları və QRAN-PRİ mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Qeyd edilməlidir ki, müsabiqəyə Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm işləri daxil olub.  QRAN-PRİ mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan)  və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.
Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaqdır. Kitabda türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcəkdir.
Pandemiya (COVİD-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər Fond tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri" müsabiqəsinə balaca dostlarımızın göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyasını açıq elan edir.
Bu haqda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib.
"Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı.
Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdir.
Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər", - deyə təşkilatın rəhbəri əlavə edib.
Onun sözlərinə görə, rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirir. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olunmuşdur.
"Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar.
Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaqdır.
Əziz uşaqlar, gəlin dünyamızı öz bacarığımızla, savadımızla və köklərimizə, tariximizə, mədəniyyətimizə, irsimizə sədaqətimizlə qoruyaq!
Qarşıda sizi böyük və maraqlı bir həyat gözləyir. Sizə can sağlığı və xoşbəxtlik diləyirəm!", - deyə G.Əfəndiyeva vurğulayıb.
Müsabiqənin qalibləri  saytında xüsusi yaradılmış qalereyada yerləşdirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTOBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq - FOTO

Sosial       Tarix: 26 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun