"Bəzi dövlətlər xəritədən silinə bilər" - Türkiyə Azərbaycana qarşı çıxır?

"Diplomatlarla yanaşı Azərbaycan və Ermənistanın müdafiə nazirləri də son günlər səfərlərinin sayını artırıb. Hətta onlar diplomatlardan daha çox görüşlər keçirir".
KONKRET.azxəbər verir ki, bunu hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan müttəfiq axtarışındadır:
"Ermənistan müdafiə naziri Gürcüstana səfər edəndə Azərbaycanda bir çoxları bunu alınan silahların Gürcüstan üzərindən keçməsi ilə əlaqələndirdi. Məsələ ondadır ki, silah alqı-satqısı zamanı onun daşınması razılaşdırılır. Yəni, silahı almaqla bağlı müqavilə imzalayıb, sonra yol axtarışına çıxmırlar. Ermənistan müdafiə nazirinin gürcüstanlı həmkarı ilə görüşü daha çox regionda gözlənilən proseslərlə bağlı ola bilər. Ermənistan müttəfiq axtarışındadır. Onların müdafiə nazirinin Cənubi Koreyaya səfəri də bu səpkidədir. Konkret olaraq yanındakı güclər Ermənistana kiminlə münasibət qurmaq lazım olduğunu deyir, onlar da icra edir. Rusiya – Şimali Koreyaya qarşı Cənubi Koreya, necə ki, Azərbaycan – Pakistana qarşı Hindistanı seçmişdilər".
S.Məmməd Azərbaycanın kimin yanında yer alacağını müəyyən etdiyini bildirib:
"Azərbaycan, Rusiya və Çinlə müttəfiqlik bəyannamələri imzalayıb. Beləliklə, Azərbaycan kimin yanında yer alacağını müəyyən etmiş olur. Ermənistanın da kimin yanında yer aldığı ərazisinə dəvət etdiyi güclərdən bəllidir. ABŞ, Fransa, konkretləşdirsək – NATO. NATO-nun hədəfində kimlər var? Rusiya, İran, Çin, Şimali Koreya. Ermənistanla toqquşma olacağı təqdirdə bu dördlüyün yanına Azərbaycanı da qoşacaqları istisna deyil. Ölkəmizin müdafiə naziri də Gürcüstanda səfərdə oldu və gürcü həmkarı ilə görüşdü. Hesab edirəm ki, bu görüşün də mövzusu regionda proqnoz edilən, gözlənilən proseslərlə bağlıdır. 44 günlük müharibə zamanı Gürcüstanın ən azı rəsmi olaraq sərgilədiyi mövqe indi də Azərbaycana lazımdır".
Müəllif İranla Qərbin mövqeyinin üst-üstə düşdüyünü bildirib:
"Cənubi Qafqaz uğrunda savaşda tərəflər bəlli kimi görünsə də, əslində İran və Türkiyə müəmmadır. İndiki məqamda İranın mövqeyi Qərbin mövqeyi ilə üst-üstə düşür. İranın hər dəfə sərhədlərin dəyişdirilməsi qırmızı xəttidir deməsi, bəhanədən başqa bir şey deyil. İşin gerçəyi rəsmi Tehran Ermənistan üzərindən açılmalı olan yolla barışa bilmir və barışacağı da gözlənilmir. İran hətta dəhliz məsələsini aktivləşdirən Rusiyaya da diş göstərir.
Bu Rusiya ilə İranı düşmən edəcək?
Qətiyyən! İran Ukrayna müharibəsində Rusiyaya dəstək göstərir, Suriyada bu iki ölkə ortaqdır. İsrail İran gərginliyi zaman İrana Rusiyadan hərbi təyyarələr endi və iddialar var ki, Rusiya İrana hava hücumundan müdafiə vasitələri verib. Yəni, İranla Rusiya münasibətləri çoxşaxəlidir. Cənubi Qafqazda maraqlar toqquşa bilər, ancaq digər regionlarda uzlaşaraq hərəkət edirlər. Yaxın Şərqdə baş verən proseslərdə də İranla Rusiyanın ortaq olduğunu demək mümkündür. Hətta prosesləri İrandan çox Rusiyanın alovlandırdığı iddiaları da var. Misal üçün Husilərin Qırmızı dənizi iflic edən gəmi əleyhinə raketləri Rusiyanın verməsi barədə informasiyalar mövcuddur. Hesab edirəm ki, Rusiya ilə İran arasında Cənubi Qafqazla bağlı nə qədər ziddiyətlər də olsa, iki ölkə ortaq məxrəcə gələcək. Düzü başqa variantları da yoxdur kimi görünür. Qərbin ən böyük uğuru Ermənistanın müdafiə qabiliyyətini artırmaqdan daha çox İranla Rusiya arasında bağları qoparmaq olardı. Ancaq bunun baş verdiyini nəinki görürürük, əksinə hər həmlədə sözü gedən dövlətlər daha da yaxınlaşır".
Bildirilir ki, Türkiyənin seçimi NATO ilə birgə hərəkət olacaq:
"Türkiyənin mövqeyi necə olacaq, buna cavab vermək o qədər də asan deyil. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir, ortada Şuşa bəyannaməsi var. Eyni zamanda Türkiyə Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq istəyən ABŞ, Fransa ilə NATO masasındadır. Belə olan təqdirdə Türkiyə NATO ilə birgə hərəkət edəcək. Reallıq və Türkiyənin Cənubi Qafqaz maraqları onu deməyə əsas verir ki, Türkiyənin seçimi NATO olacaq. Ancaq arzuolunandır ki, sözügedən ölkə neytral qalsın. Türkiyə də bilir ki, Cənubi Qafqazda möhkəmlənmək üçün Gürcüstan, Azərbaycan və Ermənistanda da möhkəmlənməlidir. Türkiyənin Gürcüstan və Azərbaycanla bağlı problemi olmasa da, Ermənistanla münasibətlərin normallaşmaması rəsmi Ankaranı Tehran və Moskvadan bir addım geridə saxlayır. Azərbaycandan fərqli olaraq Türkiyə Ermənistanın torpaq iddiasını ciddiyə almır. Ona görə də, rəsmi Ankara Ermənistan gerbi, konstitusiyası dəyişmədən belə normallaşma prosesinə gedə bilər. Strateji hədəflərə çatmaq üçün Türkiyə kimi dövlətlər bəzi məsələlərə göz yuma bilər. Bunun baş verməsi bizi qətiyyən təəccübləndirməməlidir. Çünki strateji maraqlar, oturulan masalar fərqlidir".
Hərbi ekspert qeyd edib ki, proseslərin sonunda bəzi dövlətlər xəritədən silinə bilər:
"Bu elə ağır prosesdir ki, sonda bəzi dövlətlər xəritədən silinə, müstəqilliklərini itirilə bilər. Ona görə də, Cənubi Qafqazın ən güclü dövləti olmaq kifayət etmir, Cənubi Qafqazın tək dövləti olmaq strateji hədəf olmalıdır. Çünki dünyanın siyasi xəritəsi əgər dəyişəcəksə, varlığını qorumaqla yanaşı, tikələrdən pay götürməyə də hazır olmalısan. Hesab edək ki, bu strateji hədəflər arasındadır, cəmiyyət necə, buna hazırdır? Hə, bax burda qəribi ağlamaq tutur…"
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 12 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bugun krimnal bugun xeberler