Bəzi xanımlar bilirlər ki, ərinin ikinci ailəsi var' - Çingiz Abdullayev

Bəzi xanımlar bilirlər ki, ərinin ikinci ailəsi var' - Çingiz Abdullayev"İnsanlar indi "korlanıblar". Hazırda sosial şəbəkələr var, hamı hər şeydən xəbərdardır. Orada nə qədər "dəlilər" var ki, yazıb bir-birilərini təhqir edir, biabırçı söyüşlər işlədirlər. Adam qalmayıb ki, təhqir etməsinlər".
azxeber.com verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev "Geriyə baxanda" verilişində deyib. O, ailələrin dağılmasının səbəblərindən danışıb:
"Onu da deyim ki, bütün dünyada bu problem var. Hər on ailədən səkkizi boşanır. Qadınlar istəyirlər daha sərbəst olsunlar. Əgər ailədə kişi və qadın eyni işdə işləyib, eyni maaşı alırlarsa, "niyə görə mən sənə tabe olmalıyam" məsələsi ortaya çıxır. Qızları belə böyütməyiblər: Kişi nə dedi, öl-qal, bunu etməlisən. İndi belə şeylər yoxdur. Ona görə də ailədə çətinliklər yaranır.
Maliyyə məsələləri də buna təsir edir. Çox adam elə bunu səbəb göstərir. Yalnız pul xoşbəxtlik gətirə bilməz. Cavanlar da, böyüklər də bunu başa düşməlidirlər. Amma yenə də maliyyə bəzi ailələrdə böyük problemdir. Belə hallarda boşanırlar: Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir". 
Ç.Abdullayev əlavə edib ki, Azərbaycanda boşanmaya münasibət birmənalı deyil:
"Bizdə boşanmanı təhqir kimi qəbul edirlər. Avropa da isə tərəflər dost kimi qalır, bir-birilərinin evinə gedirlər. Orada kişi evlənir yeni xanımı ilə eks-həyat yoldaşını tanış edir. Qadın yenidən ərə gedir, ikinci həyat yoldaşını keçmiş əri ilə tanış edir. Bu, mentalitetlə bağlı bir şeydir. Boşanmaq bizim kişilərimizə toxunur ki, ayrıldığı xanımı gedib kiminləsə görüşsün. Elə xanımlar da düşünürlər ki, bu adam mənimlə evli olub, necə gedib başqası ilə ola bilər?"
Yazıçı vurğulayıb ki, bəzi xanımlar həyat yoldaşlarının xəyanətinə göz yumurlar:
Gəlin, özümüzü aldatmayaq, bəzi xanımlar bilirlər ki, həyat yoldaşı başqa yerdə kiminləsə görüşür, lap ikinci ailəsi var, uşaqları da olub. Deyir ki, "nə olsun?. Uşaqlarımın atasıdır, imkanı var, qoy, elə iki ailəni də saxlasın". Əslində müsəlmanıq, 4 həyat yoldaşı ola bilər. Mən bunu dəstəkləmirəm. Amma elə qadınlar var ki, bununla razılaşırlar. Başqa millətin qadınları həyat yoldaşı qanunsuz nəsə edəndə tez ondan hüquq-mühafizə orqanlarına şikayət edirlər. Amma Azərbaycan qadınları bunu emir". 
///"Axşam.az"

Şou Biznes       Tarix: 14 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri hava proqnozu xabar az son.xeberler