Bilal Ərdoğan: 'Qarabağ Avropa - Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir
"İşğaldan azad edilən ərazilərdə səfərdə olarkən həmin yerlərin son 30 il ərzində yerlə -yeksan edildiyinin, məhv edildiyinin şahidi olduq. Həmin ərazilərə heç kim diqqət göstərmirdi. Bu torpaqlar taleyin ixtiyarına buraxılmışdı".
Azxeber.com xəbər verir ki, bunu Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda azad edilmiş ərazilərin bərpa edildiyini görürük: "Həmin ərazilər taleyin ixtiyarına buraxılmışdı. Bu ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Daha çox kənd təsərrüfatı, turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan üçün, bütün coğrafiya üçün önəmlidir. Bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan, həmçinin Qarabağ Avropa- Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir. Hesab edirəm ki, sahibkarlar bu fürsətdən istifadə edib mədəniyyətə investisiya yatıracaqlar".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı