Binaya güllə atılması xəbəri ilə bağlı DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən "Xətaipark" kompleksində binanın pəncərəsinə güllə dəyməsi ilə bağlı iddia yayılıb. Qeyd olunub ki, bu hal daha əvvəl də yaşanıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusunu cavablayan DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisənin ehtiyatsızlıqdan baş verdiyini açıqlayıb.
"Bəzi sosial şəbəkə səhifələrində yayılan infomasiyadan ərazi üzrə rayon polisi məlumatlıdır. Araşdırma aparılıb. Yaşayış evinin pəncərəsinə olan zədə odlu silahdan yox, tir tüfənginin qırmasından yaranıb. Ehtiyatsızlıqdan baş verən neqativ əməldir, tir tüfəngi olan şəxs pəncərəsinə qonan qarğanı vurmaq istəyib. Nəticəsi də məlumdur.
Əgər o qırma hansısa vətəndaşın gözünə dəysəydi, onu şikəst edə bilərdi. Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi ağır nəticələrə səbəb ola bilər, xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər. Bu hal nəzərə alınmalıdır", – o qeyd edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR