Binəli Yıldırım Azərbaycan Prezidentinə təşəkkür etdi

Binəli Yıldırım Azərbaycan Prezidentinə təşəkkür etdi"Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".
azxeber.com xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılırkən jurnalistlərə açıqlamasında bildirib.
Mütəmadi olaraq sağlamlıq vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edən Binəli Yıldırım hadisə ilə bağlı məlumat verib.
Qəzadan sonra ilkin müdaxilənin Azərbaycanda edildiyini deyən AK Partiyanın sədr müavini anında helikopterlə Bakıya Mərkəzi Kliniki Xəstəxanaya çatdırıldığını, Azərbaycanda edilən ilkin müdaxilələrdən sonra isə xüsusi təyyarə ilə Türkiyəyə gətirildiyini və müalicəsinin burada davam etdirildiyini bildirilib.
Binəli Yıldırım keçirdiyi bu çətin dövrdə dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək müalicəsinin evdə davam etdiriləcəyini deyib.
Xatırladaq ki, ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılıb, daha sonra isə xüsusi təyyarə ilə İstanbula gətiriliblər. Onların müalicəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında davam etdirilib.

Siyasi       Tarix: 27 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler azerbaycan xabarlar butun xeberler son xəbərlər azərbaycanda