"Bir az dadım, görüm xarabdırmı?" – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ

Son günlər evdə hazırlanan və konservləşdirilən qida məhsullarınınsatışını həyata keçirən şəxslərdən sertifikat tələb olunacağı ilə bağlı müxtəlifiddialar yayılıb.
Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimovsosial şəbəkə hesabında paylaşım edərək bu iddiaların həqiqəti əks etdirmədiyinibildirib.
Məlumat üçün bildirək ki, rayon və kənd yerlərində yaşayanbir çox insanlar bu cür qidalar hazırlayaraq müəyyən miqdarda gəlir əldə edir vəbununla da gündəlik xərclərini qarşılayırlar. Bu mənada, sözügedən açıqlama həminşəxslər üçün müsbət xəbərdir. 
Lakin məsələnin digər tərəfi də var. Belə ki, ev şəraitindəhazırlanan və konservləşdirilən məhsulların düzgün hazırlanmadığı vəsaxlanılmadığı hallarda insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyibildirilir. Xüsusilə konservləşdirilmiş qidalarda yaranan bəzi risklər qida zəhərlənmələrinəsəbəb ola bilər. 
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən qida eksperti FəridSəfərov bildirib ki, xüsusilə düzgün konservləşdirilməmiş məhsullarda botulizmriski yarana bilər: 
"Konservləşdirilmiş məhsullarda ən ciddi risklərdən biribotulizmdir. Clostridium botulinum bakteriyasının sporları torpaqda genişyayılıb və oksigensiz, az turşulu, kifayət qədər istilik emalından keçməmişmühitdə toksin əmələ gətirə bilər. Bu səbəbdən düzgün konservləşdirilməmiş tərəvəz,ət, balıq və digər aşağı turşulu məhsullar xüsusi risk daşıyır".
Ekspert qeyd edib ki, botulizm toksini insan orqanizminəciddi təsir göstərə bilər:
"Botulizm toksini sinir sisteminə təsir edir, udma və görməpozğunluğu, əzələ zəifliyi, tənəffüs çətinliyi və hətta iflicə səbəb ola bilər.Buna görə də ev şəraitində konserv hazırlayan şəxslər məhsulun təhlükəsizliyinəxüsusi diqqət yetirməlidirlər. Aşağı turşulu məhsulların, xüsusilə tərəvəz, ətvə balığın sadəcə qaynar su vannasında emal edilməsi botulizm sporlarını məhvetmək üçün kifayət etməyə bilər. Bu məhsullar üçün uyğun təzyiqli konservləşdirməüsulundan istifadə olunmalıdır".
Ekspert vurğulayıb ki, məhsulun hazırlanmasında gigiyenaqaydalarına əməl olunması da əsas şərtlərdən biridir:
"Xammal təmiz və keyfiyyətli olmalı, çürümüş, kiflənmiş vəya zədələnmiş meyvə-tərəvəzdən istifadə edilməməlidir. Bankalar, qapaqlar vədigər avadanlıqlar düzgün təmizlənməli, məhsul hazırlanarkən çarpaz çirklənməninqarşısı alınmalıdır. Konserv hazırlandıqdan sonra isə sərin, quru və günəşşüalarından uzaq yerdə saxlanması vacibdir". 
Mütəxəssis bildirib ki, istehlakçılar konserv bankalarınınxarici görünüşünə də diqqət etməlidirlər:
"Qapağın şişməsi, bankanın sızdırması və ya çatlaması, açarkənmaye və köpüyün təzyiqlə çıxması, məhsulda qeyri-adi rəng, kif və digər dəyişikliklərrisk göstəricisi ola bilər. Lakin nəzərə almaq lazımdır ki, botulizm toksininigörmək, iyləmək və dadmaq mümkün olmaya bilər. "Bir az dadım, görümxarabdırmı?" yanaşması qətiyyən düzgün deyil. Təhlükəsizliyi şübhə doğuran məhsuldadılmadan atılmalıdır. Xüsusilə hazırlanma texnologiyası məlum olmayan ət,balıq və aşağı turşulu tərəvəz konservlərindən istifadə zamanı ehtiyatlı olmaqlazımdır".
Onun sözlərinə görə, ev şəraitində hazırlanan konservlərinsatışa çıxarılması zamanı da məhsulun təhlükəsizliyi əsas məsələ olmalıdır:
"İstehlakçıya satılan məhsulun təhlükəsizliyi, izlənəbilənliyi,hazırlanma və saxlanma şəraiti, etiketlənməsi və istehsal prosesinə nəzarət təminedilməlidir. Məhsulun evdə hazırlanması onu avtomatik olaraq təhlükəli etmir,lakin satış üçün nəzərdə tutulan məhsulda təhlükəsizliyin sübut edilə bilməsidaha böyük əhəmiyyət daşıyır. Konserv məhsulunda təhlükəsizlik yalnız görünüşləmüəyyən edilmir. Məhsulun hazırlanma texnologiyası məlum deyilsə, xüsusilə ət,balıq və aşağı turşulu tərəvəz konservləri düzgün istilik emalından keçməyibsəvə ya saxlanma şəraiti şübhəlidirsə, belə məhsuldan istifadə etmək risklidir.Botulizm nadir olsa da, çox ağır nəticələrə səbəb ola bildiyi üçün ehtiyatlıolmaq vacibdir".
Fəridə Əsədzadə

Sosial       Tarix: 23 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun kriminal bugun bugun xeberler metbuat