Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi

Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaratdı. Birbank, Birmarket, m10 və MilliÖn kimi aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim etdi. 
İlin əvvəlindən etibarən həm müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR ödənişlərin əhatəsi Birbank-la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə çatdırıldı. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək oldu. 
İctimai nəqliyyatda istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri oldu. İlk olaraq Birbank tətbiqində BakıKart balansının artırılması ilə başlayan layihənin davamında Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün oldu. Üstəlik bu texnologiya yalnız Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə etdi. 
m10-a gətirilən ƏDV geri al imkanı da müştərilərin rəğbətini qazandı. Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı. İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə də faiz qazandırmaqla ötən ilin starlarından biri oldu. 
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Bir ekosistemi müştərilərinə  investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, sürətli və təhlükəsiz oldu.
Müştərilərin alış-veriş vərdişini dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin uğurlu layihələrindən biri idi. Trendyol onlayn alış-veriş platformasında aktivləşdirilən "İndi al, sonra ödə" ödəniş üsulu Birbank mobil tətbiqində istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaratdı. 
Partnyor şəbəkəsi genişlənərək 4000-ə çatdı. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə klik qədər asanlaşdı. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırdı və istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanıdı.  
Həmçinin, Bir ekosistemlə ölkədə inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün "İşarət dili ilə videozəng xidməti" Birbank mobil tətbiqində istifadəyə verildi.
2025-ci ilin uğurlarından ilham alaraq, Bir ekosistemi 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat, sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha çox yeniliklər gətirməkdir.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.  / azxeber.com

İqtisadiyyat       Tarix: 07 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu