Bir İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzaladı

Bir İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzaladıQafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş, e-ticarət ekosistemi olan Bir və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Tərəfdaşlığın əsas məqsədi Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından olan İçərişəhərdə sakinlər, sahibkarlar və turistlər üçün təqdim edilən təcrübəni rəqəmsal innovasiyalarla zənginləşdirməkdir.
Memoranduma əsasən, Bir ekosistemi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdə ziyarətçilərin rahatlığını artırmaq üçün süni intellektə əsaslanan rəqəmsal həllər təqdim edəcək. Həyata keçirilməsi planlaşdırılan təşəbbüslərə ağıllı naviqasiya alətləri, çoxdilli rəqəmsal bələdçilər, QR-koda əsaslanan məlumat sistemləri, süni intellekt dəstəkli çatbot və istifadəçi təcrübəsini asanlaşdıracaq vahid mobil veb-sayt daxildir.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov çıxışı zamanı layihənin əhəmiyyətini vurğulayaraq ölkəmiz adına vacibliyini qeyd edib: "Bu tərəfdaşlıq texnologiya və innovasiyalar vasitəsilə insanların gündəlik həyatını daha sadə, ağıllı və əlçatan etmək əzmimizi əks etdirir. Biz bankçılıq, ödəniş və e-ticarət ekosistemimizin üstünlüklərini bir araya gətirərək daha rahat və inteqrasiya olunmuş şəhər mühiti yaratmaqla Azərbaycanın rəqəmsal transformasiyasına dəstək olmaqdan qürur duyuruq. İçərişəhər ölkəmizin ən mühüm mədəniyyət rəmzlərindəndir. İnanırıq ki, sakinlər və qonaqların bu tarixi məkan və onun xidmətləri ilə təmasına innovativ həllər qatmaq böyük perspektivlər vəd edir".
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə Bir ekosistemlə baş tutan bu əməkdaşlığın xalqımızın tarixi irsinə mühüm töhfə olduğunu qeyd edib: "İçərişəhər hazırda tarixi irsin qorunmasını, rəqəmsal idarəetməni və davamlı şəhər idarəçiliyini innovativ texnologiyalar və məlumatlara əsaslanan həllərlə birləşdirən "Ağıllı Qoruq" (Smart Reserve) modelinə doğru irəliləyir. Tarixi irsimizin qabaqcıl texnologiyalarla vəhdəti həm sakinlər, həm yerli sahibkarlar, həm də hər il Bakıya səfər edən milyonlarla turist üçün qüsursuz və yaddaqalan təcrübə formalaşdıracaq. Biz Bir ekosistemi ilə bu mühüm təşəbbüsdə tərəfdaşlıq etməkdən məmnunuq və həm əlçatanlığı artıran, həm də unikal mədəni irsimizin qorunmasına xidmət edən ağıllı texnologiyaların tətbiqini səbirsizliklə gözləyirik".
Bu Anlaşma Memorandumu hazırda 5 milyondan çox insana xidmət göstərən Bir ekosisteminin əhatə dairəsini daha da genişləndirəcək. Layihə çərçivəsində İçərişəhərin rəqəmsal bankçılıq və ödəniş infrastrukturunun gücləndirilməsi, muzey və tədbir biletlərinin satışının rəqəmsallaşdırılması, həmçinin Vahid Ziyarətçi Mərkəzinin və loyallıq proqramının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunlar İçərişəhəri ziyarət edənlərə qüsursuz rəqəmsal təcrübənin təqdim olunmasına xidmət edəcək.
Qeyd edək ki, hazırda Bakı BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. Sürətli urbanizasiyanın cəmiyyətə, şəhərlərə, iqtisadiyyata və iqlim dəyişikliyinə təsirlərini öyrənmək məqsədi ilə hələ 2001-ci ildə BMT tərəfindən təsis edilən bu mötəbər qlobal tədbir Qafqaz regionunda ilk dəfədir keçirilir. İçərişəhərin rəqəmsallaşdırılması layihəsi də məhz WUF13 çərçivəsində geniş ictimaiyyətə təqdim olunub.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün:   / azxeber.com

İqtisadiyyat       Tarix: 20 may 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az