Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən "Ai4 2026"da təqdim olunub

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan "Ai4 2026" konfransında beynəlxalq auditoriyaya təqdim edib.
ABŞ-nin Las-Veqas şəhərində baş tutan "Ai4 2026" konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib. 2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır. Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye tədbiri kimi dəyərləndirilir.
Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev "Ai4 2026"da spiker qismində çıxış edərək Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib. O, "Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi" (Building the Enterprise AI Operating System: Turning AI into an Organizational Capability) mövzusunda çıxışı zamanı vurğulayıb ki, təşkilatlar üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin yaradılması deyil, süni intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır. Valeh Nəbiyev təqdimatında qeyd edib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün ayrı-ayrı həllərin yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin formalaşdırılması vacibdir.
Bir ekosisteminin nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar. "Ai4 2026"nın proqramı biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, "Sİ agentləri", "Generativ Sİ", "İdarəetmə və məsuliyyətli Sİ" kimi mövzuları da əhatə edib.
Bir ekosisteminin "Ai4 2026"da iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / azxeber.com

İqtisadiyyat       Tarix: 18 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklə

Pensiya artımları ilə bağlı - AÇIQLAMA

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məluma

"Nar" "AiNar" rəqəmsal köməkçisini istifadəyə verdi

Ölkənin sərfəli mobil operatoru "Nar" müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə "Nar+" tətbiqində süni intellekt texnologiyası əsasında işləyən "AiNar" köməkçisini istifadəy

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İCMA nümayənədləri işgüzr İstanbul səfərində mühüm görüşlər keçirib. xəbər verir ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının İstanbul səfəri çərçivəsind

Quba Palace Hotel'in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR

Quba Palace Hotel və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda məktəblilər üçün qolf dərslərinə start verilib

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR

Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib. xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasını

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

Azercell "Gamesummit" və "Omni AI Summit"in eksklüziv tərəfdaşıdır

10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Gamesummit" və "OMNI AI Summit" keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert v


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xəbərlər azərbaycanda bu gunun xeberleri haqqinda melumat