"Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı

"Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli 2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN təşkil edib. 
2025-ci ildə "Bir Kredit BOKT" MMC-nin gəlirlərinin əsas hissəsini – 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477 AZN).  Hesabat dövrü üzrə xalis zərər 206 min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən formalaşdırılması olub. 
2025-ci ilin sonunda "Bir Kredit BOKT" MMC-nin cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi. Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb. Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi, həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan  ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq 99 milyon 835 min 580 manata çatdırılıb. 
Cari dövr ərzində BOKT rebrendinq edərək "BirKart BOKT" MMC adından, "Bir Kredit BOKT" MMC adına keçib. Rebrendinqin əsas məqsədi qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun onlayn kreditləşmə xidmətidir.
Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn  
Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə 2018-ci ildə yaradılmış "BirKart BOKT" MMC-nin 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalının 100%-i "Kapital Bank" ASC-yə məxsusdur. Hazırda fəaliyyətini "Bir kredit BOKT" MMC adı altında davam etdirən qurum Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 22 may 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az