Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasını təqdim edib.
Oktyabrın 7-də keçirilən "Digital Banking Summit" (Rəqəmsal Bankçılıq Sammiti) çərçivəsində Bir ekosisteminin Fintex biznesinin rəhbəri və Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çıxış edərək ənənəvi bankçılıq təcrübəsi əsasında rəqəmsal ekosistemin necə inkişaf etdirildiyini və 5 milyondan çox istifadəçini əhatə etdiyini diqqətə çatdırıb. "Biz insanların gündəlik həyatını asanlaşdırmaq məqsədilə bankçılıq, ödəniş və alış-veriş xidmətlərini vahid ekosistemdə birləşdirmişik. Bu təcrübəmiz göstərir ki, ənənəvi banklar fintex şirkətlərinin rəqabəti qarşısında mövqelərini itirməyə məhkum deyillər. Müştərilərin real ehtiyaclarına uyğunlaşmaqla rəqəmsal transformasiyaya özləri də liderlik edə bilərlər".
KOOP Ventures şirkətinin həmtəsisçisi Mustafa Baltacının moderatorluğu ilə keçirilən "The Digital Bank: Born or Built?" ("Rəqəmsal bank: yaranır, yoxsa qurulur?") adlı panel müzakirəsində Cavid Mirzəyev Malta Bankının (Bank of Valletta) innovasiyalar üzrə rəhbəri Lüdviq Mallia ilə birlikdə Bir ekosisteminin strukturu və fəaliyyət prinsipləri barədə danışıb. O, Bir ekosisteminin Kapital Bank-ın rəqəmsal bankçılıq brendi Birbank-ı, Birmarket onlayn alış-veriş platformasını, m10 rəqəmsal pul kisəsini və Milliön ödəniş terminallarını vahid platformada birləşdirərək müştərilərə rahat və fasiləsiz rəqəmsal xidmət təcrübəsi təqdim etdiyini vurğulayıb.
Cavid Mirzəyev, həmçinin Bir ID, Bir Bonus və Bir Pay kimi həllərin ekosistemə daxil olan platformalar arasında inteqrasiyanı təmin etdiyini vurğulayıb. Bu həllər istifadəçilərə Bir xidmətləri arasında rahat keçid etməyə, bonuslar qazanmağa, eləcə də onlayn və fiziki satış nöqtələrində ödənişlər həyata keçirməyə imkan yaradır. Məsələn, müştərilər Birmarket-də alış-veriş edərkən sifarişi rəsmiləşdirdikləri mərhələdə Birbank vasitəsilə maliyyələşmə imkanından yararlana bilirlər.
Cavid Mirzəyev çıxışı zamanı müştəri davranışlarında baş verən dəyişikliklərə və əməliyyat səmərəliliyinin artmasına da diqqət çəkib. O qeyd edib ki, hazırda müştərilərin 90%-i gündəlik bank əməliyyatlarını Birbank tətbiqi vasitəsilə həyata keçirir. Eyni zamanda, müştəri müraciətlərin 60%-i əməkdaşların birbaşa müdaxiləsi olmadan, süni intellekt vasitəsilə həll olunur. Bu göstərici ötən il qeydə alınan 31%-lə müqayisədə təxminən iki dəfə yüksəkdir.
Cavid Mirzəyevin "Istanbul Fintech Week" tədbirində iştirakı Bir-in Azərbaycanın rəqəmsal transformasiyasını beynəlxalq müstəvidə tanıtmaq istiqamətində fəaliyyətinin davamıdır. Qeyd edək ki, 2019-cu ildən etibarən 62 ölkədən 17 mindən çox iştirakçını bir araya gətirən bu tədbir qlobal maliyyə texnologiyaları sahəsinin aparıcı platformalarından biridir. / azxeber.com

İqtisadiyyat       Tarix: 14 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Pəncəli Ürəklər" aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü  ərəfəsində "Pəncəli Ürəklər" sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstə

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyo

Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu göstəric

Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verə

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler xəbər az xəbərlər cəbhədən son xəbər