Bir şeyi çox edəndə adiləşirsən'- Elçindən qalmaqallı etiraf
"Sənətçi bir şeyi təkrar-təkrar və çox edəndə adiləşir. Buna toy da daxildir".
azxeber.com xəbər verir ki, bu sözləri sevilən sənətçi Elçin Cəfərov deyib.
"Mədəni şou" verilişində bu həftənin qonağı olan Elçin seçici olduğunu vurğulayaraq hər məclisdə yer almadığını bildirib:
"İllər öncə demişdim ki, sənətçi bir şeyi çox edəndə adiləşir. Bu toya da aiddir. Gedirəm mahnılarımı oxuyuram və səhnədən düşürəm. Təbii ki, zamanla insanın fikri dəyişə bilər, Amma mən bu gün də eyni düşüncədəyəm. Belə halda hissiyat, həyəcan ölür. Amma hər gün toya gedənlərə də pis baxmıram. Təbii ki, toy bizim hamımızın qazanc yeridir, çox da olsa gedəcəyik. Amma, bir reallıq var ki, zamanla insanın həyəcanı ölür. Gün ərzində 3-4 yarım saatlıq məclisə gedəndə artıq dördüncüyə çatanda yorulursan və eyni hissi, emosiyanı dinləyiciyə ötürə bilmirsən.
Təəssüf ki, maddiyata görə nəinki sənət, bütün dünyamız dəyişib. Amma mən toylarda da seçiciyəm. Olur ki, məclis gəlir və mən ora getmirəm. Bilirəm ki, orada qarşılanma, dinləyici kütləsi mənim ürəyimcə olmayacaq. Bunu da məclisin hansı restornda olmasından, xərclənən məbləğdən anlamaq olur".
Aysel
Turlar.az [newsid: 0-123300]

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək
"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var