Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTO

Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTOBir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTO
Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Gün işığında" səhər şousunda deyib ki, "Necə ki maşınıma 5 000 manat cərimə gəlir, eləcə də pis musiqi dinləyənləri cərimələsinlər".
Bununla müğənni zaman-zaman qızğın müzakirələrə səbəb olan musiqi zövqü məsələsini yenidən gündəmə gətirdi. Bir çoxları Əməkdar artistin fikrini dəstəklədilər. Efirlərlə yanaşı, ictimai nəqliyyat da qınaq hədəfi oldu. Hətta gələcək nəslin musiqi zövqünə görə narahat olanlar da tapıldı.
Bəs görəsən, bu fikir nə dərəcədə doğrudur? Həqiqətən, bayağı musiqi dinləyənlər, belə musiqi ilə başqalarını narahat edənlər cərimələnə bilərlərmi?
Oxu.Az-ın əməkdaşı öncə bu təklifi irəli sürən Əməkdar artist Elza Seyidcahan ilə danışıb.
Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTOBəstəkar bayağı musiqilərin insanların beynini zəhərlədiyini qeyd edib:
"Ara musiqilər narkotikdən daha betərdir. Əhalinin bir qisminin beyni bu musiqilərə alışıb. İctimai nəqliyyatda bu tip musiqilər daha çox olur. İnsanların beyni, ruhu zəhərlənir.
Təklif edərdim ki, ictimai nəqliyyatda radiolarda milli musiqilərimiz səslənsin. Biz öz musiqimizlə xaricilərin zövqünü oxşayırıq. Lakin özümüz-özümüzü içdən məhv edirik. Dövr dəyişib. Analar uşaqları layla ilə deyil, bayağı musiqi ilə yatırdırlar.
Bu gün zövqsüz musiqilər artıq ciddi problemə çevrilib. Məhz buna görə həmin təklifi irəli sürdüm. Bəli, pis musiqi dinləyənlər cərimələnsinlər. Xaricdə belə məqamlara diqqət edilir. Cərimə olunsalar, bəlkə, düzələr. Ciddi şəkildə mübarizə aparmalıyıq. Musiqilərimizi itirsək, özümüzü itirmiş olarıq".
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Əməkdar incəsənət xadimi, musiqişünas Lalə Hüseynova isə zövqsüz musiqilərin hər zaman olduğunu qeyd edib:
Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTO"Zövqsüz musiqi hər zaman olub, olacaq da. Hər bir toplumun özünəməxsus zövqü, özünün istehlak etdiyi mədəni dəyərləri var. Onun qarşısını almağın yeganə yolu maarifləndirmədir. Qadağalarla nə isə etmək olmaz.
İctimai nəqliyyatda sürücünün zövqünə uyğun musiqini bütün sərnişinlər dinləmək məcburiyyətində deyillər. Ancaq dəfələrlə belə halların şahidi oluruq. Bunu həll etmək olar".
Əməkdar incəsənət xadimi qeyd edib ki, sürücülərə radionu qoşmamaqla bağlı göstəriş verilməlidir:
"Xarici ölkələrdə belə hallar yoxdur. Çünki ictimai nəqliyyatda telefonla danışmağa belə, icazə yoxdur. Sakitliyi kiminsə pozmağına icazə vermirlər. Ümumiyyətlə, insan nəyi görüb-eşidirsə, onu da istehlak edir.
Maarifçilik işi aparmaqla musiqi zövqünü formalaşdırmaq olar. Vəziyyət belədir. Məktəblərdə də musiqi zövqünü aşılamaq lazımdır. Bunu müəyyən dərəcədə yoluna qoymaq olar. Bu mövzu hər zaman gündəmdə olub.
Sovet dövründə də gündəmə gəlirdi, danışılırdı. Sadəcə, həmin vaxt informasiya şəbəkəsi belə geniş deyildi. Bir kütlə kasetləri alıb, bayağı mahnılara qulaq asırdı. İndi bu mahnılar radio və televiziyalarda səslənir. Cəmiyyətimizə təsir qüvvəsi çoxalıb. Ucuz musiqilərə qulaq asmaq istəyənlərin sayı çoxdur. Xarici ölkələrdə bu araşdırılır, səbəbi tapılır".
"Musiqi zövqü məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Bizdə daha çox reytinqə köklənirlər. Bayağı musiqilərin də reytinqi hər zaman yüksək olur. Tənzimləmək olar. Onda gərək televiziya və radioların musiqi siyasəti dəyişsin. Bu da çətindir. Yalnız maarifləndirmək lazımdır. Musiqi insanın psixologiyasına təsir edən güclü qüvvədir. Daim onu məcrada saxlayıblar. Lakin 20-ci əsrdə musiqi məcradan çıxıb", - deyə L.Hüseynova əlavə edib.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sürücülərin fərdi nəqliyyat vasitələrində hansısa musiqini dinləmələri ilə bağlı cərimə müəyyən olunmayıb:
Bir zövq məsələsi və qanun: Bayağı mahnıya görə cəza almaq mümkündürmü? - FOTO"Sürücülərə fərdi nəqliyyat vasitələrində bayağı musiqilərin səsləndirilməsinə görə inzibati cərimə nəzərdə tutulmayıb. Çünki qanunvericilikdə elə bir qayda pozuntusu müəyyən olunmayıb. Sadəcə, saat 00:00-dan 7:00-a qədər yüksək səslə musiqi dinləyib ətrafdakıları narahat etdikləri müəyyənləşdirildiyi hallarda İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, cərimə tətbiq etmək olar. Cəriməsi 150-200 manat civarındadır. Digər vaxtlarda qayda pozuntusu kimi qeydiyyata almaq olmaz.
Yalnız, sürücü maşında yüksək templə səsgücləndiricidən istifadə edən zaman saxlayıb, maarifləndirici söhbət aparmaq olar ki, bir də belə hərəkətlərə yol verməsin".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cəzaları ehtiva edir.
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə saat 00:00-dan 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
İctimai nəqliyyat vasitələrində audiocihazlardan istifadənin necə tənzimləndiyi isə İnzibati Xətalar Məcəlləsinin 322.0.6-cı maddəsində yer alır. Burada qeyd olunur ki, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.
Nəzrin Vahid

Maraqlı       Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün