AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir
Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərini genişləndirməyə, idarəetmə bacarıqlarını inkişaf etdirməyə və sahibkarlıq fəaliyyətində yeni imkanlar qazanmalarına dəstək verməyi hədəfləyir.
Layihənin builki mərhələsinə 320-yə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına uyğun olaraq 50 iştirakçı proqrama qoşulmaq imkanı qazanıb. Təlimlər zamanı onlar süni intellektin biznesdə tətbiqi, biznesin idarə olunması, liderlik, satış strategiyaları, marketinq kommunikasiyaları, dizayn, maliyyə savadlılığı və hüquqi tələblər üzrə biliklərini inkişaf etdirəcəklər. Proqram təcrübəli yerli ekspertlərin iştirakı ilə keçirilir.
Access2Success qadın sahibkarların biznes mühitində mövqeyinin gücləndirilməsinə, dayanıqlı biznes modellərinin qurulmasına və qadın liderliyinin təşviqinə yönəlib. Layihə eyni zamanda qadınların iqtisadi fəallığının artırılmasına və sahibkarlıq ekosistemində daha geniş təmsil olunmasına töhfə verməyi qarşıya məqsəd qoyur.
İlk dəfə 2022-ci ildə həyata keçirilən Access2Success proqramına indiyədək 200-dən çox qadın sahibkar qoşulub. Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlim proqramı çərçivəsində bizneslərini inkişaf etdirmək üçün praktik bilik və bacarıqlar əldə ediblər.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi