Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi
Ölkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir.
azxeber.com xəbər verir ki, 16 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində Birbank Visa kart sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.
Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank Visa (debet və ya taksit) kartlarına bağlı "Apple Pay" və ya "Google Pay" vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.
Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Xidmetler [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür