Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata keçirilib.
Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha rahat olması üçün Birbank-ın "Bonuslar" hissəsində "ƏDV geri al" bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür.
Bundan başqa virtual "pul qabı"na yerləşdirilən vəsaiti Birbank vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR