Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
Ölkənin ilk rəqəmsal bankı Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ yekunlaşıb.
azxeber.com xəbər verir ki, Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində "Baku Bus" MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.
"K Group" MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində baş tutan layihə uğurla sona çatıb. Beləliklə bu gündən etibarən Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən hər kəs gediş haqqını bütün banklara məxsus təməssız ödənişi dəstəkləyən (NFC) yerli bank kartları ilə ödəyə bilər. Bununla da paytaxtın ictimai nəqliyyat sistemində tam rəqəmsal ödəniş mühiti formalaşdırılıb.
Yenilik təkcə Kapital Bank/Birbank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay", "Google Pay" ödəniş sistemləri ilə yanaşı, "Birbank", "BakıKart" və "m10" ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür