"Birbaşa uçuşlar və sürət qatarları turistlərin sayının artmasına səbəb olub" - ŞƏRH + FOTO

"Birbaşa uçuşlar və sürət qatarları turistlərin sayının artmasına səbəb olub" - ŞƏRH + FOTO
"Bu il ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və artım tendensiyası aydan-aya daha da yüksəlir".
Bu sözləri Oxu.Az-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib. O bildirib ki, gələn turist sayının artması yaxşı dinamikadır:
"Çünki pandemiya dövründə ümumiyyətlə turist yox idi. Hazırda postpandemiya dönəmindəyik deyə turistlərin sayında ciddi canlanma var.
Ölkəmizə səyahət edən turistlərin ən çox ziyarət etdikləri ərazi Bakı şəhəridir. Çünki hazırda yalnız hava nəqliyyatı ilə Azərbaycana gəlmək mümkündür, ona görə turistlər ilk paytaxta daxil olur, buradan regionlara üz tuturlar. Regionlar arasında ən populyar, öz reytinqini qoruyub-saxlayan, turizm sahəsində lider Qəbələ istiqamətidir. Quba, Qusar, Şəki, son zamanlar isə cənub zonası – Lənkəran istiqaməti turistlərin marağını cəlb edir. Gəncəyə səyahət edən əcnəbi turistlərin də sayı artıb.
Bu yaxınlarda Azərbaycanda ilk dəfə Hava Şarları Festivalı keçirildi. Şamaxıda təşkil edilən bu tədbir turizm üçün böyük bir üstünlükdür. Hava şarlarına marağı, bu tipli turist axınını Kapadokiyanın simasında görə bilirik. Həmin regionda sırf bu istiqamətə fokuslanaraq, turistləri orada qəbul edirlər. Nəticədə Kapadokiyaya onminlərlə, yüzminlərlə turist axın edir. Azərbaycanda da bu növ turizm inkişaf etsə, böyük bir töhfə deməkdir".
ATAA sədri vurğulayıb ki, yeni turizm mövsümündə Azərbaycana ərəb ölkələrindən, Hindistandan, Avropadan, Rusiyadan gələn turistlərin sayı çoxdur:
"Birbaşa uçuşların açılması da bizə böyük üstünlük verir. Çünki turistlər sırf birbaşa uçuşlara üstünlük verərək səfər etməyi xoşlayırlar və nəticədə axın sürətlənir. Ölkə başçısının sərəncamı ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərdən viza tələbi götürüldü. Bu kimi addımlar da öz növbəsində turistlərin sayının artmasına şərait yaradır. Əvvəllər viza çətinliyi, vaxt və pul itkisi olduğu üçün turistlər alternativ olaraq digər istiqamətləri seçirdilər. İndi belə bir çətinlik yoxdur.
Bakıda daha çox tarixi turizm, mətbəx turizmi, dəniz turizmi öz üstünlüyünü qoruyur. İçərişəhər, muzeylər, tarixi abidələr və s. - Avropadan gələn turistlər daha çox bu növ turizmi sevirlər.
Regionlarda turizmin inkişafına isə sürət qatarlarının açılması müsbət töhfə verir. Artıq Bakı-Qəbələ istiqamətində sürətli qatarlar var. Bu da öz növbəsində həmin bölgənin turizm imkanlarını daha da genişləndirir. Çünki turistlərin qatarla səfər etmək istəyi var. Çox istəyərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin, Azərbaycanın digər bölgələrinə qatarla səfər etmək imkanları, çoxsaylı sürət qatarları olsun. Düzdür, bu bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır, xərclər gəlirlərlə əvəzlənəcək".
Göydəniz Qəhrəmanov yerli turistlərin regionlara axınının da artdığını düşünür:
"Vətəndaşlarımız tətil və istirahət günlərində bölgələrə səfər edirlər. Bayramlarla bağlı bir neçə gün istirahətimiz olduqda daha çox paytaxtdan regionlara səfərlər artır. Bayram dövrü ölkəyə gələn xarici turistlər üçün də əlverişli məqamdır. Əcnəbi turistlər də bu cür əlamətdar məqamları daha çox Azərbaycanın regionlarında keçirməyi üstün tuturlar".
Qeyd edək ki, Turizm Agentliyinin açıqladığı statistikaya əsasən, bu ilin yanvar-may ayı ərzində Azərbaycana 713 386 nəfər turist gəlib. Səyahət üçün Azərbaycanı seçən turistlər daha çox Rusiya, Türkiyə və Yaxın Şərq ölkələrindən gələnlərdir.
Aysel Aslan

Turizm       Tarix: 30 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər valyuta mezennesi xabar az