Bitkoinin qiyməti kəskin artdı
Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub.
Son iki həftə ərzində ABŞ ilə Çin arasında ticarət gərginliyi səbəbilə qızılın qiyməti 10 faiz artıb. Nəticədə bitkoin və qızıl arasındakı nisbət 2024-cü ilin noyabrında, ABŞ-də keçirilən prezident seçkiləri öncəsində müşahidə olunan səviyyəyə qayıdıb.
"Euler Analitik Texnologiyalar" şirkətinin mütəxəssisləri bildirirlər ki, bazarlardakı qeyri-müəyyənlik fonunda investorlar qoruyucu aktiv kimi yenidən kriptovalyutalara üz tuturlar. Bu tendensiya bitkoinin qızıl qarşısındakı dəyərinin bərpasına səbəb olub.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA