"Biz mülki əhaliyə qarşı vuruşmamışıq, qəddarlıqla məşğul olmamışıq" - Prezident
"Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq".
KONKRET.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.
Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq", – dövlət başçısı qeyd edib.
O bildirib ki, bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb:
"Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər".
Xidmetler [newsid: 0-123300]

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Gənc aktyorun ürəyi dayandı
Azərbaycan nefti bahalaşdı