BMT baş katibinin nümayəndəsi Azərbaycan və Ermənistanla bağlı bəyanat yaydı
BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik Azərbaycan və Ermənistanla bağlı bəyanat yayıb.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 24 sentyabr 2021-ci il tarixində həmsədrlərlə birgə görüşü barədə bəyanatını alqışladığını bildirib. O, qeyd edib ki, baş katib Qarabağdakı hərbi əməliyyatlardan bir il sonra xarici işlər nazirləri səviyyəsində birbaşa əlaqələrin bərpasını yüksək qiymətləndirir və ümid edir ki, bu cür səylər həll olunmamış problemləri həll etmək və beynəlxalq səviyyədə əlaqələrin qurulması, eləcə də bölgədə daimi sülh əldə etmək üçün daha geniş dialoq çərçivəsində davam edəcək.
"Baş katib bu məqsədlə ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səylərini tam dəstəklədiyini bir daha bəyan edir. O, maraqlanan hər kəsi diqqətini bölgədəki insanların xeyrinə bütün səviyyələrdə sülhün və əməkdaşlığın inkişafına yönəltməyə çağırır. Birləşmiş Millətlər Təşkilatı, bu sahədə davam edən humanitar, bərpa, inkişaf və sülh quruculuğu işləri ilə bağlı səyləri dəstəkləməyə hazırdır".
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı