BMT-də Azərbaycanın bəyanatı səsləndirildi
Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib.
KONKRET.az xəbər verir ki, bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.
"Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır", – bəyanatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan insan hüquqları mexanizmləri ilə həqiqi dialoqun daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə biləcəyinə inanır:
"Biz insan hüquqlarının təşviqi və müdafiəsi üçün daha geniş səylərimizin bir hissəsi kimi BMT-nin insan hüquqları mexanizmləri ilə fəal şəkildə əməkdaşlığa davam edəcəyik".
"Birləşmiş Millətlər Təşkilatının səkkiz dekadasını nəzərdən keçirərkən insan hüquqları mexanizmlərinin effektiv, şəffaf və siyasiləşmə ilə ikili standartlardan azad olmasını təmin etmək üçün səylərimizi artırmalıyıq, bununla da dünyada insan hüquqlarının təşviqi və müdafiəsinə kollektiv öhdəliyimizi irəli aparmalıyıq", – deyə bəyanatda bildirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib