BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi: 'Hökumətlə sıx əməkdaşlıq edirik
BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva videomüraciət yayıb.
"Report"un xəbərinə görə. xanım Andreyeva Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətə başlamaqdan böyük qürur hissi keçirdiyini bildirib:
"Bu gözəl ölkədə vəzifəmin başlanğıcı ciddi sınaqların olduğu dövrə təsadüf edir - COVID-19 pandemiyası və münaqişədən sonrakı bərpa işləri.
BMT ailəsi hər iki sahədə Azərbaycanın səylərini dəstəkləyir. Bu problemlərdən əziyyət çəkən əhalinin ehtiyaclarını qarşılamaq üçün hökumətlə sıx əməkdaşlıq edirik.
Biz həmçinin, ölkənin Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləməsini sürətləndirmək üçün yeni və iddialı beşillik əməkdaşlıq çərçivəsinin icrasına başlamışıq.
Gələn il, BMT-Azərbaycan tərəfdaşlığında mühüm bir mərhələni yaşayacağıq - Azərbaycanın BMT-yə üzv olmasının və ölkədə BMT Ofisinin yaradılmasının 30-cu ildönümü.
Bu, tərəfdaşlığımızın bir çox uğurları və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparmaq üçün əla fürsət olacaq.
BMT-nin Dayanıqlı İnkişafa dair Əməkdaşlıq Çərçivəsində müəyyən edilmiş prioritet sahələr üzrə irəliləyişi təmin etmək və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasını dəstəkləmək üçün hər kəslə - hökumətdəki tərəfdaşlarımız, vətəndaş cəmiyyəti, özəl sektor, elmi dairələr və başqaları ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı