BMT-nin baş katibi bu qadın ola bilər
Kosta-Rika diplomati və ölkənin keçmiş vitse-prezidenti Rebeka Qrinspan BMT-nin baş katibi postu uğrunda mübarizədə liderə çevrilib.
KONKRET.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının keçirdiyi ilk gizli ilkin səsvermədə Qrinspan 10 "lehinə", 4 bitərəf ("fikri yoxdur") və 1 "əleyhinə" səs toplayıb. Onun əsas rəqibi — Qayananın BMT-dəki sabiq səfiri Kerolin Rodriges-Berkett isə 9 "lehinə", 2 "əleyhinə" və 4 bitərəf səs alıb. Seçki prosesinin oktyabr ayında yekunlaşacağı gözlənilir.
Qərb diplomatlardan biri bildirib ki, bəziləri Qrinspanı hazırkı baş katib Antoniu Quterteşin gizli dəstəyinə malik olan və onun xəttini davam etdirəcək namizəd kimi qiymətləndirirlər.
Xatırladaq ki, Antoniu Quterteş ikinci sədrliyi müddətini 2026-cı il dekabrın 31-də başa vuracaq. Mövcud qeyri-rəsmi regional rotasiya sisteminə əsasən, onun varisi Latın Amerikası nümayəndəsi olmalıdır. Rebeka Qrinspan seçiləcəyi təqdirdə, təşkilat tarixinin ilk qadın və ilk yəhudi baş katibi olacaq.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir