BMT-nin Baş katibi: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər

BMT-nin Baş katibi: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlərDünya qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırmaq üçün geri sayım mərhələsindədir və heç bir ölkə bunun nəticələrindən qaça bilməz. Buna görə də COP29-da bu mübarizəni dəstəkləyən ədalətli, səmərəli karbon bazarları, yerli icmaların hüquqlarına hörmət edən və "yaşıl yuyulma" və ya torpaq zəbtinə yer qoymayan bazarlar üçün qaydalar razılaşdırılmalıdır.
azxeber.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29-da İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Dünya Liderlərinin Sammitinin açılışında bildirib.
"İqtisadi zərurət hər yeni bərpa olunan enerji mənbələrinin tətbiqi, hər innovasiya və hər qiymət azalması ilə daha aydın və inandırıcı olur. Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. Demək olar ki, hər yerdə günəş və külək enerjisi yeni və ən ucuz elektrik enerjisi mənbələrinə çevrilir", - Quterreş bildirib.
Onun sözlərinə görə, təmiz enerji inqilabı artıq buradadır və heç kim bunu dayandıra bilməz. "Lakin siz qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün bunun ədalətli və kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz", - baş katib bildirib.
O hamını üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.
Eyni zamanda, qlobal qalıq yanacaq istehsalı və istehlakını 30 faiz azaltmalı, zəruri investisiyaları cəlb etmək üçün milli enerji keçidi strategiyalarını və dayanıqlı inkişaf prioritetlərini iqlim fəaliyyətləri ilə uzlaşdırmalıdırlar.
"Bütün ölkələr öz töhfəsini verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük emitentlərdir və ən böyük imkanlara, eləcə də məsuliyyətə malikdirlər və inkişaf etmiş ölkələrin dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara texnoloji nou-haularını birləşdirməlidirlər", - A.Quterreş bildirib.
BMT-nin Baş katibi onu da deyib ki, insanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görmək lazımdır: "Ən həssas olanlar iqlim ekstremal hadisələri qarşısında tərk edilmiş vəziyyətdə qalırlar. 2030-cu ilə qədər uyğunlaşma ehtiyacları və maliyyələşdirmə arasındakı fərq ildə 359 milyard dollara çata bilər. Bu çatışmayan dollarlar balansda mücərrəd rəqəmlər deyil - bu, ümidsiz həyatlar, itirilmiş məhsullar və buraxılan inkişafdır".
Onun sözlərinə görə, indi maliyyələşdirmə vədlərini yerinə yetirmək həmişəkindən daha vacibdir. İnkişaf etmiş ölkələr 2025-ci ilə qədər uyğunlaşma maliyyələşdirməsini ildə ən azı 40 milyard dollara qədər ikiqat artırmağa çatmalıdırlar.
A.Quterreş bildirib ki, öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alaraq, üçüncü prioritet maliyyələşdirmədir: "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda bəşəriyyət bunun əvəzini ödəyəcək".
"İqlim maliyyəsi xeyriyyəçilik deyil, bu bir investisiyadır, iqlim fəaliyyətləri seçim deyil, imperativdir", - BMT-nin Baş katibi çıxışını yekunlaşdırıb.

Siyasi       Tarix: 12 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi cəbhədən son vəziyyət xeberler bu gun zelzele