BMT rəsmisi Bakının şəhərsalma və ekoloji transformasiya sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirib
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Bakını gəzərək, paytaxtın zəngin tarixini və gələcəyini şərtləndirən bəzi strateji şəhərsalma, mədəniyyət və ekoloji transformasiya layihələri ilə tanış olub.
KONKRET.azxəbər verir ki, Xanım Rosbax Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında olan qədim İçərişəhər, dünya memarlıq incisi – Heydər Əliyev Mərkəzi və keçmiş sənaye ərazilərinin ekoloji sağlamlaşdırılması, kompleks planlaşdırma və inkişaf nümunəsi olan "Ağ Şəhər", əhaliyə mənzil əlçatanlığını təmin edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi və şəhərin "ağciyərləri" rolunu oynayan yeni ictimai məkan – Mərkəzi Park layihələrini ziyarət edib.
Ali qonaq tarixi-memarlıq irsinin qorunub-yaşadılması, insanyönümlü şəhərsalma həlləri, iqlim və şəhər gündəlikləri məsələlərinin əlaqəli və kompleks həlli istiqamətində Azərbaycanın həssas yanaşmasını və uğurunu yüksək qiymətləndirib, Bakının yeni Baş Planı əsasında davam etdiriləcək transformasiya və inkişaf layihələrinin müvəffəqiyyətinə inandığını qeyd edib.
UN-Habitat-ın icraçı direktoru 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət yaradacağına əmin olduğunu bildirib.

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi