BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hikmət Hacıyev

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hikmət HacıyevAzərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni baxımdan və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.
"Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri tam və hərtərəfli anlayır. Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır", - Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib: "Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər".
Hikmət Hacıyev Qlobal Cənubun dünya nizamının formalaşdırılmasında rolunun məhdudlaşdırıldığına diqqət çəkib.
"Çox sevindiricidir ki, İkinci Dünya müharibəsindən sonra, xüsusilə 1960-cı illərdə Qlobal Cənubun bir çox ölkələri müstəqillik qazandılar. Amma yenə də keçmişi inkar edə bilmərik və yeni müstəmləkəçilik elementləri Qlobal Cənub ölkələrinin yerləşdiyi bəzi bölgələrdə hələ də hökm sürməkdə davam edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri, eləcə də COP29-un sədri və prezidenti kimi Qlobal Cənub ölkələrinin inkişafına və əməkdaşlığına böyük töhfə verib. Məmnunluqla qeyd edirəm ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə bizim Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlıq bir çox müxtəlif sahədə inkişaf etməkdə davam edir. Lakin etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib", - Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb: "Hazırda isə daha böyük potensialı və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yeni dünya nizamının formalaşmasını sadəcə müşahidə edən və kənardan baxan tərəf ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər. Beynəlxalq institutların hazırkı strukturu, xüsusilə BMT Təhlükəsizlik Şurası müasir dünyanın reallıqlarını əks etdirmir. Bu institutda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir. Həmçinin ədalətli coğrafi təmsilçilik də təmin edilməyib. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır. Azərbaycan çoxtərəfliliyin qətiyyətli tərəfdarıdır".

Siyasi       Tarix: 14 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun