BNA-nın BŞİH-nin tabeliyinə verilməsi düzgün qərardır
Xəbər verdiyimiz kimi, BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.Bununla bağlı Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Bəs BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi hansı müsbət dəyişikliklərə səbəb ola bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, BNA-nın BŞİH-nin tabeliyinə verilməsi nəqliyyatın hərəkətini daha da mütərəqqi şəkildə qurmaqda kömək olacaq:
"BNA BŞİH-nin tabeliyinə verildi, bu məsələyə fikirlər fərqlidir. Amma bu, mənim arzuladığım bir qərar idi. Çünki BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan ərazidə nəqliyyatın nizamlanması, tənzimlənməsini həyata keçirirdi. Bu səbəbdən onun icra hakimiyyətinin tabeliyində olması daha məqsədəuyğundur.
Aparılan islahatlar, görülən işlər, tətbiq edilən müəyyən yol hərəkəti ilə bağlı dəyişikliklər BŞİH-nin fikiri nəzərə alnmaqla və kordinasiyalı şəkildə həyata keçirilməsi daha yaxşıdır. Həmçinin söyləyə bilərəm ki, BNA-nın BŞİH-dən asılı olmamağı ciddi problemlərə gətirib çıxarırdı. Yəni icra hakimiyyəti ilə bu qurumun fikirləri arasında müəyyən ziddiyyətlər yaranırdı. Əslində bu qurum icra hakimiyyətinin nüfuz dairəsində olan əraziyə xidmət edirdi. Bu baxımdan qərar alqışlanandır və ümid edirəm ki, BNA-nın BŞİH-nin tabeliyinə verilməsi nəqliyyatın hərəkətini daha da mütərəqqi şəkildə qurmaqda, həmçinin mövcud situsiyaya uyğun şəkildə icra hakimiyyətinin tövsiyyəsi ilə onların irəli sürdüyü təkliflər verməkdə kömək olacaq.
Eyni zamanda digər qurumlarla əlaqəli olaraq daha doğru qərarlar verib, daha düzgün iş aparılmasında faydası olacaq".
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var