Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır

Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdırAzərbaycan və İran xalqları islam aləminə mənsub olan xalqlardır. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. Azərbaycan və İran münasibətlərinin dərin kökləri var. Bu iki xalqı elmi, mədəni və eyni zamanda mənəvi əlaqələr tarix boyu birləşdirib. 
İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb və ərazisinin çox hissəsi İrana qatılıb. Bu gün İran İslam Respublikasının əhalisinin demək olar ki, yarısını azərbaycanlılar təşkil edir. Tarixə nəzər saldıqda görürük ki, İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında, qüdrətlənməsində, mədəni tərəqqisində  İran ərazisində yaşayan azərbaycanlıların böyük rolu olub. Bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxır. Onu da qeyd edək ki, erməni işğalçıları Azərbaycanın rayonlarına, Qarabağa hücum edən zaman öz doğma yurdundan qaçqın düşən soydaşlarımız çıxılmaz vəziyyətdə qaldıqda Ulu Öndər Heydər Əliyev İran dövlətinə müraciət etmişdir. İran tərəfdən erməni təcavüzündən qaçan azərbaycanlılara Arazdan keçməyə şərait yaradılmışdır.
İran Azərbaycanın ən yaxın qonşularından biridir. Azərbaycan digər dövlətlərlə olduğu kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Azərbaycan azsaylı region ölkələrdən biridir ki, öz ərazisindən üçüncü dövlət tərəfindən İrana hücum məqsədilə istifadə olunmasına əsla imkan verməyəcəyini bəyan edib.
Sevindirici haldır ki, hər iki tərəf qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə, birgə əməkdaşlığın hərtərəfli inkişaf etməsinə çalışır.
May ayının 19-da Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib.
1990-cı ildə layihəsi təsdiq olunmuş bu hidroqovşaqların torpaqlarımızın  işğal edilməsi ilə əlaqədar tikintisi dayandırılmışdır və yalnız İran tərəfdən tikinti işləri aparılmışdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilmişdir. Bu ərazilər işğaldan təmizləndikdən sonra Azərbaycan tərəfi hidroqovşaqların tikinti işlərinə başlamışdır.
"Xudafərin" və "Qız Qalası" hidroqovşaqları Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda bu hidroqovşaqlar  ölkələrimiz üçün ekoloji, enerji və iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihə olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, uzunmüddətli dostluq və əməkdaşlığa xidmət edəcək.
Prezidentlərin İran-Azərbaycan sərhədində görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. 
Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək".
Azərbaycan prezidenti öz çıxışında eyni zamanda qeyd etdi ki, bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.
Azərbaycan və İran dövləti biri-birinin mənafeyini qoruyan ölkələr kimi üzv olduqları bütün beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də biri birini dəstəkləyir.
Azərbaycanla İranı birləşdirən layihələr arasında xüsusi rol oynayan nəqliyyat layihələrinin böyük əhəmiyyəti vardır. Bu gün yalnız Azərbaycan və İran üçün deyil daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar bir sıra işlər görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində  müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizinin dünyanın ən önəmli nəqliyyat damarına çevriləcəkdir. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu istifadəyə veriləndən sonra bu rəqəmlər daha da artacaq."
Çox önəmli və sevindirici bir haldır ki, bu gün eyni zamanda Ağbənd istiqamətində  yeni avtomobil körpüsü tikilməkdədir. Bu körpu həm Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək, eyni zamanda  beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi fəaliyyət göstərəcək.
Azərbaycanın dövlət başçısı görüş zamanı çıxışında Azərbaycanın azad edilmiş torpaqlarında genişmiqyaslı layihələrin keçirilməsindən – avtomobil yollarının, hava limanlarının tikilməsindən, Ağbəndə qədər çəkilməkdə olan dəmir yolunun yaxın gələcəkdə istismara veriləcəyindən söz açdı. Qeyd etdi ki, beləliklə biz birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik.
Sonda Azərbaycan Prezidenti vurğuladı ki, bu görüşlərin həm mahiyyəti üzrə çox böyük əhəmiyyəti var, həm də xalqımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz.
 
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 22 may 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 enson xeberler xeberler az sonxabar