Bolton: "Tramp Ukraynada sülh yox, Nobel mükafatı istəyir"
ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton El Pais qəzetinə müsahibəsində Donald Trampın əsas məqsədinin Ukraynada sülhə nail olmaq deyil, Nobel Sülh Mükafatını qazanmaq olduğunu bildirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Boltonun sözlərinə görə, Trampın əsas motivasiyası şəxsi şöhrət və tarixdə necə xatırlanacağı ilə bağlıdır:
"Tramp hələ Barak Obamaya Nobel Sülh Mükafatı verildiyi vaxtdan bu mükafatı almaq istəyir. Onun fikrincə, Obama bunu layiq olmadan əldə edib. Tramp üçün fərqi yoxdur — bu mükafatı Ukrayna, Yaxın Şərq və ya Hindistanla Pakistan arasında vasitəçilik səyləri sayəsində alacaq. Əsas olan nəticədir."
Bolton əlavə edib ki, Tramp Ukrayna ilə bağlı sülh təşəbbüslərindən bir müddət sonra imtina edərək, daha sürətli nəticə verə biləcək başqa bir qlobal münaqişəyə fokuslana bilər.
O, həmçinin vurğulayıb ki, Tramp siyasi nəticələr barədə düşünmür, çünki üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək fikrində deyil:
"Onu yalnız öz reputasiyası və gələcəkdə insanlar tərəfindən necə xatırlanacağı maraqlandırır."
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?