Borca görə küçənin ortasında qardaşını güllələdi

Borca görə küçənin ortasında qardaşını güllələdiTürkiyənin Muğla şəhərində dəhşətli hadisə baş verib. Belə ki, iki qardaş arasında borc üstündə başlayan mübahisə qanlı davaya çevrilib.
KONKRET.az xəbər verir ki, baş verənlər yaxınlıqdakı şirkətin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Məlumata görə, H.A. adlı şəxs qardaşı Şahin A. ilə borc məsələsi üzündən mübahisə edib. Dava qızışdıqda isə o, silahını çıxararaq Şahin A.-nı ayağından güllələyib. H.A. bir neçə dəfə atəş açsa da, silahın nasazlığı və ətrafda olan insanların müdaxiləsi nəticəsində güllələrdən ancaq biri hədəfə dəyib. Bundan sonra H.A. oradan qaçıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası göndərilib. Yaralı Şahin A. təcili olaraq xəstəxanaya çatdırılıb.
H.A.-nın axtarışlarına başlanılıb.

Hadisə     Baxılıb: 197   Tarix: 04 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

​20 günün əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmət

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerik rayonunda bədbəxt hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni həyətlərində ildırı

Mingəçevirdə tələbə vəfat etdi

Mingəçevirdə universitet tələbəsi vəfat edib. xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə 2-ci kurs tələbəsi, 2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu vəfat edib. Məlumata əsasən

Bakıda Əməkdar müəllim VƏFAT ETDİ

Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor, Əməkdar müəllim Tapdıq Həsənov vəfat edib. KONRKET.azxəbər verir ki, Tapdıq Güləhməd oğlu Həsənov Azərbayca

Goranboyda ağır QƏZA - 7 nəfər yaralandı

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Rəhimli kəndində "Ford" markalı avtomobillə mikroavtobus toqquşub. Nəticədə, mikroavtobusda olan 40 yaşl

Saatlıda FACİƏ: Kişinin meyiti atasının qarajında tapıldı

Saatlıda meyit tapılıb. xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Saatlı şəhər sakini, 48 yaşlı Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda aşkar edilib. Araşdırmalar rayon prokurorluğun

Məşhur aktrisa yol qəzasında həyatını itirdi

Bloqqer və aktrisa Kseniya Dobromilova Moskvada yol qəzasında həlak olub. xəbər verir ki, Dobromilova Bolşaya Doroqomilovskaya küçəsində motosikletçinin vurması nəticəsində ölümcül xəsarət alıb. Məqalə hazır olan dəqiqələrd

Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxdı

İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qadın çantasının oğurluğu ilə bağlı polisə məlumat verib. Dərha


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri son xeber 2026 valyuta mezennesi 2026 maşın realiti şou